Xamenei Hacıyevin açıqlamalarını təsdiqlədi: Əgər onlar sərhədə yaxınlaşsalar…backend

Xamenei Hacıyevin açıqlamalarını təsdiqlədi: Əgər onlar sərhədə yaxınlaşsalar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terroristlər İran sərhədlərinə yaxınlaşsalar, qəti tədbirlər görəcəyik.

NOCOMMENT xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei bildirib.

İran lideri etibarlı mənbələrin terrorçuların Qarabağdakı döyüşlərdə iştirakını təsdiqlədiyini söyləyib: “Bəziləri bunu inkar etsə də, etibarlı mənbələrə görə, başqa yerlərdən bir sıra terrorçular Qarabağ müharibəsində iştirak edirlər. Əgər onlar İran sərhədlərinə yaxınlaşsalar və təhlükə təşkil etsələr, şübhəsiz, qəti tədbirlər görüləcək”.

Qeyd edək ki, Xamenei bundan öncəki açıqlamasında – “Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları mütləq azad edilməli və Azərbaycana qaytarılmalıdır”, – demişdi.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən gün brifinqdə Ermənistanın Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə başladığını, ordusuna Suriya, Liviya, hətta Kanadadan terrorçu ünsürlər cəlb etdiyini bildirmişdi.