Xamenei: Hicab qaydalarının pozulması haramdırbackend

Xamenei: Hicab qaydalarının pozulması haramdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran lideri Əli Xamenei hicab taxmağın dini və qanuni bir öhdəlik olduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Xamenei bu barədə paytaxt Tehranda ölkə rəsmiləri ilə görüşdüyü zaman son vaxtlar gündəmə gələn məcburi hicab məsələsini müzakirə edərkən açıqlama verib:

“Hicabı taxmaq dini və qanuni bir vacibatdır. Onu pozmaq haramdır”.

O, Hicab taxmayanların bir çoxunun düşmən və casus qurumlarının bu mövzuda təxribatlarından xəbərsiz olduğunu deyib.

“Hicabla mübarizənin arxasında kimin və hansı təşkilatların dayandığını bilsəydilər, bunu etməzdilər.” deyərək o əlavə edib.

NOCOMMENT.AZ