Xameneidən SƏRT ÇIXIŞ: “İran ABŞ və İsraili məğlub etdi”  – VİDEObackend

Xameneidən SƏRT ÇIXIŞ: “İran ABŞ və İsraili məğlub etdi” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranın ali lideri Əli Xamenei son çıxışında ABŞ və İsraili sərt tənqid edərək, ölkənin bölgədəki son gərginliklərdə “qəti qələbə” qazandığını iddia edib.
NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, on iki günlük qarşıdurma İranın siyasi və hərbi gücünü bir daha göstərib.
Xameneinin çıxışında qeyd etdiyinə görə, həmin müddət ərzində “İran xalqı həm ABŞ-ı, həm də sionist rejimi şübhəsiz məğlub edib”. Ali lider deyib ki, ABŞ və İsrail bölgəyə zərər vermək məqsədilə gəlsələr də, “heç bir hədəflərinə çata bilməyib və əli boş geri çəkiliblər”.
O, həmçinin iddia edib ki, Vaşinqton bu prosesdə “çox ağır itkilər” verib. Xamenei bildirib ki, ABŞ sualtı qayıqlardan tutmuş ən müasir qırıcı təyyarələrə və yüksək texnologiyalı hava hücumundan müdafiə sistemlərinə qədər bütün imkanlarını səfərbər etsə də, “istədiyi nəticəni əldə edə bilməyib”.
Xamenei çıxışı zamanı İsrail rəhbərini dünyanın ən çox nifrət edilən şəxsi kimi səciyyələndirib. İranın ABŞ-a guya dolayı mesajlar göndərməsi barədə yayılan məlumatlara da münasibət bildirən Xamenei bu iddiaları “tamamilə yalan” adlandıraraq, ABŞ hökumətinin “İranla dialoq və ya əməkdaşlığa layiq olmadığını” vurğulayıb.