Xameneinin İranda bir çox tələbə qızın zəhərlənməsinə reaksiyasıbackend

Xameneinin İranda bir çox tələbə qızın zəhərlənməsinə reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Ayətullah Əli Xamenei İranda bir çox tələbə qızın zəhərlənməsindən sonra verdiyi açıqlamada “Bu bağışlanmaz cinayətdir, çünki cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədilib” deyib.

NOCOMMENT xəbər verir ki, İranın Dini Lideri Ayətullah Əli Xamenei Ağacəkmə Günü münasibətilə qatıldığı proqramda ölkənin bir çox şəhərində zəhərlənən qız tələbələrlə bağlı açıqlamalar verib.

Xamenei son 3 ayda çoxlu sayda qız tələbənin zəhərləndiyi hadisələrə reaksiya verib və rəsmilərin məsələni ciddi şəkildə izləməsi lazım olduğunu deyib.