Xanım bloger maşın oğurlayıb, sərxoş halda qəza törətdibackend

Xanım bloger maşın oğurlayıb, sərxoş halda qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunun Masazır qəsəbəsində 4 avtomobil qəzaya uğrayıb.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, hadisə Qurtuluş-93 yaşayış kompleksinin həyətyanı sahəsində baş verib.

Belə ki, Azadə Bəhrəm qızı Rzayeva tanışına məxsus 90-SP-998 dövlət nömrə nişanlı KİA markalı avtomobili binanın həyətindən qaçıraraq yüksək sürətlə məhəllədaxili yolla hərəkət edib. Bu zaman o, qəfil dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsini Süleyman İsayeva məxsus “Opel”ə çırpıb.

Bununla belə, avtomobili saxlamayan qadın sürücü əks yola çıxaraq Fərrux Kərimova məxsus “Chevrolet” markalı maşınla toqquşub. Sükana nəzarəti itirən qadın KİA-nı Məhəmməd Atayevin sükanı arxasında olduğu “Daewoo” markalı maşına çırpıb.

Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları qadının avtomobili hadisə yerində qoyub qaçdığını görüb. Dərhal Post Patrul Xidmətinin əməkdaşları onu təqib edərək saxlayıb. Məlum olub ki, qadın sərxoş haldadır.

Daha sonra qəzanın baş verdiyi əraziyə KİA markalı maşının sahibi gəlib. O, polis əməkdaşlarına bildirib ki, avtomobilini Azadə Rzayeva oğurlayıb.

Qeyd edək ki, Azadə Rzayeva özünü yutuber kimi təqdim edib. A.Rzayeva polis tərəfindən saxlanılıb.