Xankəndi-Laçın yolundan sülhməramlıların daha 52 avtomobili keçdibackend

Xankəndi-Laçın yolundan sülhməramlıların daha 52 avtomobili keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

NOCOMMENT.az xəbər verir ki, “Report”un aksiya keçirilən ərazidəki əməkdaşının verdiyi məlumata görə, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 52-yə çatıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.