“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhəri, Kərkicahan qəsəbəsində 120 fərdi yaşayış evinin layihələndirilməsi ilə bağlı keçirdiyi tenderin nəticələrini açıqlayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Harmony Industrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 118.778,8 manat təşkil edir.
Əldə etdiyimiz məlumata görə, qalib şirkətə qarşı əvvəllər vergi orqanları tərəfindən maliyyə sanksiyası tətbiq olunub. Belə ki, Operativ Vergi Nəzarəti üzrə – vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi ilə bağlı OVN AKT-a əsasən, şirkətə 8853,60 manat cərimə kəsilib.
Qeyd edək ki, nizamnamə kapitalı 165.010 manat olan şirkətin qanuni təmsilçisi Əlövsət Orucov Bilal oğludur.