Xankəndi meqapolisə çevriləcək – MÜSAHİBƏbackend

Xankəndi meqapolisə çevriləcək – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ iqtisadi zonası Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq.

Belə ki, Qarabağ və ətraf ərazilərdə yüksək keyfiyyət göstəriclərinə malik olan iqtisadi sektorların qurulması ölkə iqtisadiyyatının şaxələnməsinə müsbət təsir göstərəcək.

Qarabağda yüngül sənaye ilə barəbər ağır sənaye sektoruna daxil olan müəssisələrin inşa edilməsinə də ehtiyac duyula bilər. Qarabağda Xankəndi və Şuşa daxil olmaqla, hər bir şəhərin özünəməxsus inkişaf şəraiti, iqtisadi və sosial potensialı var.

Eyni zamanda Qarabağın nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə iqtisadi əhəmiyyətini artırmaq və logistik mərkəzə çevirmək üçün ciddi tədbirlərin görülməsinə zərurət var.

NOCOMMENT.az xəbər verir ki, Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya müsahibəsində Qarabağ iqtisadi zonasının Azərbaycanın iqtisadiyyatına təsir imkanları barədə fikirlərini bölüşüb.

– Razi müəllim, Qarabağ iqtisadi rayonunda yenidənqurma və bərpa işlərinin aparılması, xüsusilə istehsal potensialına malik olan iqtisadi sektorların qurulması ölkəmizin iqtisadiyyatının şaxələnməsinə nə kimi müsbət təsir göstərə bilər?

– Bildirim ki, bir neçə gün öncə Azərbaycanda iribuynuzlu maldarlıq təsərrüfatlarının yetirincə olmaması ilə bağlı rəsmi məlumatlar açıqlanıb.
2022-ci ildə və bu ilin birinci yarısında Azərbaycan xarici ölkələrdən mal əti idaxalını iki dəfədən çox artırıb. Bununla bağlı artıq rəsmi məlumatlar da verilib. Strateji ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün önəmli məsələlərdən biridir.

İlk növbədə aqrar sektorun, ən əsası da maldarlıq təsərrüfatlarının genişləndirilməsi istiqamətində konkret hədəflərə nail olmaq üçün xüsusi proqramlar hazırlanmalıdır. Bu proqramlar vasitəsilə maldarlıq təsərrüfatlarının inkişafı üzrə layihələr həyata keçirilməlidir. Digər vacib məsələ isə Qarabağ bölgəsində aqrar sənayeyə daxil olan ipəkçilik və yunçuluq məmulatlarına, eyni zamanda arıçılıq təsərrüfatlarının genişləndirilməsinə yönələn bir sıra addımlar atılmalıdır.

Bununla yanaşı, Qarabağ iqtisadi rayonu içməli su ehtiyatları ilə zəngin və meyvə-tərəvəz təsərrüfatlarının formalaşdırılması baxımından münasib yer olması Azərbaycan iqtisadiyyatı üçün əlverişli imkanlar yaradacaq. Həmin bölgədə meyvə-tərəvəz təsərrüfatlarının qurulmasında və inkişaf etdirilməsində xarici investisiyalar da yer almalıdır.

Bundan başqa, Qarabağ iqtisadi rayonunda turizm sektorunun inkişaf etdirilməsinə də önəmlidir. Hesab edirəm ki, bu istiqamətdə də konkret hədəfləri olan proqramlar tətbiq olunmalıdır. Qeyd edim ki, Qarabağda hava limanlarının olması xarici ölkələrdən olan turistlərin həmin bölgəyə səfərinin təşkilinə münasib şərait yaradacaq.

Məhz Qarabağ iqtisadi zonası həm tarixi abidələr, həm təbiət, həm fauna-flora baxımından zəngin bir bölgədir. Bu bölgədə turizm obyektlərinin çoxalması ölkəmizin iqtisadiyyatına xeyli mənfəət gətirəcək. Nərəzə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, o cümlədən Zəngəzur dəhlizi açılarsa, Türkiyə və Mərkəzi Asiyadan daşınacaq tranzit yüklərlə yanaşı xarici turistlər də Qarabağa daxil ola biləcək.

Həmçinin İrandan da bu bölgəyə xeyli sayda turistlər gələ bilər. Bütün bu sadalıdığım məsələlər Azərbaycan iqtisadiyyatında Qarabağ iqtisadi rayonunun əhəmiyyətini artırıcaq.

– Sizcə, Qarabağda ağır sənaye sektorunun qurulmasına nə dərəcədə ehtiyac var?

– Qarabağ ağır sənaye sektoru üçün münasib bir zona deyil. İlk növbədə hər hansı ərazidə ağır sənayeyə aid olan istehsal sektorlarının formalaşdırılması üçün dəniz limanlarına ehtiyac var. Yəni yalnız dənizlərə və okeanlara çıxışı olan metalurgiya və digər ağır sənaye müəssisələrinin inkişaf etməsi mümkündür.

Qarabağ iqtisadi rayonunun birbaşa dəniz limanlarına çıxışı yoxdur. Eyni zamanda mürəkkəb relyefə malik olan ərazilərdə metalurgiya və ağır sənaye sektorlarının təşkili çətindir. Lakin mədən sahəsinin inkişafı baxımından Qarabağda kifayət qədər mədən yataqları var. Həmin mədənlərdən əldə olunacaq xammalları ölkənin bir çox rayonlarına, o cümlədən Bakı və Sumqayıta gətirilərək məhsul istehsalına sərf oluna bilər.

Bir daha qeyd edirəm ki, Qarabağın dəniz limanlarına çıxışı olmadığına görə həmin ərazidə ağır sənaye sektoruna aid olan müəssisələrin inşa edilməsi münasib deyil.

– Yaxın gələcəkdə Xankəndinin iqtisadi potensilanın inkişafı üçün hansı tədbirlər görülə bilər?

– Sovet dövründə Xankəndidə aqrar məhsulun istehsal göstəricisi olmayıb. Bu şəhərdə əkin sahələri və meyvəçilik təsərrüfatı çox az olub. Xankəndidə sadəcə olaraq, yüngül sənaye müəssisələri olub. Həmçinin Xankəndi ərazi olaraq magistral yollara yaxın deyil. Hər hansı bir ərazidə istehsal müəssisəsinin inşası üçün ilk növbədə nəqliyyat yollarının salınması nəzərə alınır.

Yəni yaşayış məntəqəsi hansı istiqamətdə yerləşir, həmin ərazidən keçən dəmir və avtomobil yolları, eləcə də ərazinin hava limanlarına çıxışları, bütün bunlar iqtisadi sektorların inkişafı üçün önəmli şərtlər hesab olunur. Lakin Xankəndidə intensiv məskunlaşdırma aparmaq və turizm sahələrini genişləndirməklə şəhəri meqapolisə çevirmək mümkündür. Bununla çox ciddi uğurlar əldə etmək olar.

Xankəndi öz iqtisadi potensialını daha çox turizm sektorunda göstərə bilər. Çünki bu şəhər tarixi və təbiəti ilə zəngin olan ərzilərə – Şuşa, Xocalı , Əsgərana və Xocəvəndə yaxındır. Xankəndidə otellər tikməklə Qarabağda turizm sahəsini daha da təkminləşdirmək olar.

– Qarabağ beynəlxalq ticarə və logistik mərkəzlərin əlverişli məkanına çevrilməsi mümkündür?

– Qarabağda yenidənqurma və bərpa işlərinə xarici şirkətlərin və investisiyaların cəlb edilməsi üçün xüsusi dövlət proqramları tərtib olunub. Hazırda həmin proqramlar icra olunmaqdadır.

Hesab edirəm ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması, hətta İran ilə yeni quru yolun tikilməsi Qarabağ iqtisadi zonasının beynəlxalq səviyyədə perspektivliyini artıracaq. Bundan sonra xarici şirkətlər və koorporasiyalar Qarabağa investisiya yatırmaqda maraqlı olacaq.