Xankəndi Ordumuzun ovcunun içinə düşürbackend

Xankəndi Ordumuzun ovcunun içinə düşür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı-terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq?

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, ermənilər bu sual ətrafında müzakirə aparır.

“Hraparak” nəşri mövcud Laçın dəhlizinin ləğvindən sonra separatçı-terrorçular üçün yaranacaq “təhlükələri” araşdırıb.

“İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin” ajiotajı da getdi. Lakin reallıq budur ki, Laçın, Zabux və Ermənistanı Qarabağa birləşdirən yeganə yolun təhvil verilməsi prosesi indi də davam edir. Alternativ yolun tikintisi həyata keçirilir, üstəlik həmin yolun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunub. Məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır”, – deyə məqalədə bildirilib.

Nəşr yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı srateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovcun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.