KoronaVirus İnformasiya Portalı
Xankəndi qaranlığa büründü: şəhər sürətlə boşalır – FOTObackend

Xankəndi qaranlığa büründü: şəhər sürətlə boşalır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərinin qaranlığa büründüyü haqda erməni mediası reportajlar yayıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mediası evlərdə işıqların yanmamasına səbəb kimi insanların atəşkəsə inanmadığını və buna görə də sığınacaqlarda olduğunu qeyd edib. Guya “hər işıq” PUA-lar üçün hədəf ola bilər.

Ancaq maraqlıdır ki, videolarda hər binada bir və ya bir neçə mənzildə işığın yandığı görünür. Əgər doğrudan da işıq Azərbaycan PUA-ları üçün “hədəf”dirsə, onda binada ümumiyyətlə bir mənzildə belə işıq yanmamalı idi.

Bəs, niyə binada yaşayanlar içərisində işığı yandırmağa cəsarət edənlər var və onların binanı “hədəfə çevirməsinə” digərləri etiraz etmirlər?

Əsl həqiqət tamamilə başqadır. Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəf almır və bu, hamının bildiyi həqiqətdir!

Məsələ ondadır ki, onsuz da acınacaqlı vəziyyətdə olan və dolanışığın həddən artıq çətin olduğu işğaldakı ərazilərimizdə müharibənin başladığı ilk gündən ciddi ərzaq çatışmazlığı özünü göstərdi. Hətta Xankəndidə dükanlarda ərzağın qurtarması səbəbindən cəmi bir mağazanın işlədiyi, onun da əsasən zəruri qida məhsulları, o cümlədən çörək satdığı bildirilirdi. Qeyd edilirdi ki, un Xankəndiyə Ermənistandan gətirilir. Hazırda isə müharibə şəraiti olduğu üçün un gəlmir və və ya çox az gəlir, bu səbəbdən də insanlar Xankəndidə aclıq çəkirlər.

Xankəndidən kütləvi köçün başlamasının səbəbləri illərdir insanların acınacaqlı vəziyyətdə yaşaması, son günlər isə çörək belə tapmamalarıdır. Hazırkı mənzərə də bunun nəticəsidir. Xankəndini böyük əksəriyyət tərk edib, elektrik enerjisi çatışmazlığı səbəbindən isə əksər küçələrin işıqlandırılması dayandırılıb, yalnız mərkəzi küçədə bir hissə işıqlandırılır.
Axar.az