Gənclər və İdman Nazirliyi “Planet Construction” MMC (VÖEN – 1005274361) ilə satınalma müqaviləsi imzalayıb.
NOCOMMENT.az yeniavaz.com -a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə “Planet Construction” MMC Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması işlərini həyata keçirəcək və qarşılığında 9 milyon 918 min 674 manat 49 qəpik alacaq.