“Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək” –  ŞOK AÇIQLAMAbackend

“Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək” – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər gün rus sühməramlılarına Qarabağda yaşayan ermənilər yaxınlaşaraq köçmək istədiklərini bildirirlər. Çünki onlar Qarabağda yaşamaq istəmirlər.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlamanı erməni siyasi şərhçi Samvel Ohanesyan deyib. Onun sözlərinə görə, ermənilə düşünürlər ki, bu torpaqlarda qalmaq onlar üçün məcburidir.

“Tez-tez Qarabağda yaşayan ermənilər ilə söhbətlər edirik. Hər gün onların sayı azalır çünki demək olar ki hamı Qarabağı tərk etmək barədə düşünür. Bizim üçün əsl faciəyə bərabər olan hadisə yaşayırıq. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Heç biz Bakıya bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan öz xoşları ilə çıxıblar. Faciənin ikinci mərhələsi Qarabağdan çıxdıqdan sonra onların hara üz tutması olacaq. Ermənilər heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmirlər. Böyük əksəriyyəti Rusiyaya və yaxud Qərb ölkələrinə üz tutacaqlar” deyə Ohenasyan qeyd edib. (Metbuat.az)