Xankəndi-Şuşa yolunu niyə ermənilər asfaltlayır?..-FOTObackend

Xankəndi-Şuşa yolunu niyə ermənilər asfaltlayır?..-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yoxsa onlarda kimlərsə onlarda Şuşaya qayıdacaqlarına ümid yaradıb?..

Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan ərazisində sülənən separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin rəhbərliyi Xankəndindən Şuşaya gedən avtomobil yolunu təmir etməyə və asfaltlamağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu haqda erməni nəşrləri terrorçu separatçı-rejimin qanunsuz “şəhərsalma nazirliyi”nə istinadla məlumat yayıb. Məlumatda Araik xuntasının büdcəsi hesabına maliyyələşən işlərin iyulun sonunadək yekunlaşdırılacağı bildirilir.

Görəsən, Xankəndi-Şuşa yolunu ermənilər niyə asfaltlayır? Yoxsa kimlərsə onlarda Şuşaya qayıdacaqlarına ümid yaradıb?

Xatırladaq ki, 10 Noyabr üçtərəfli razılaşmasına əsasən Xankəndi-Şuşa yolu da Şuşanın girişinədək Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olduğundan ermənilər həmin ərazidə düz Şuşanın bir neçə kilometrliyindəki Milli Qəhrəman Albert Aqarunovun vurduğu erməni tankı abidəsinədək sərbəst gedib-gəlirlər…
Moderator.az