Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərman niyə bu gün imzalandı?backend

Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərman niyə bu gün imzalandı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əliyev Xankəndi, Xocalı və Xocavənd məsələsini rəsmən bitirən fərmanı niyə bu gün imzaladı?

NOCOMMENT.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu məsləyə aydınlıq gətirib.

Birincisi, Moskvada Putin-Paşinyan görüşü keçirilən vaxt Bakının Qarabağa dair mövqeyini rəsmi sənədlə təsdiqlədi və bununla Qarabağla bağlı mümkün “yeni təklifləri və istəkləri” sıradan çıxardı;

İkincisi, dünən Qarabağda qanunsuz erməni silahlı birləşmələrin Ağdam istiqamətində atəş açmasından sonra atacağı cavab addımlarını rəsmiləşdirdi;

Bakı Qarabağda açılan atəşlə bağlı yaydığı informasiyada açıq mesajını vermişdi:

– Rus sülhməramlıları atəşkəsə nəzarət edə bilmir;

– Qanunsuz erməni hərbi birləşmələri üçtərəfli razılaşmaya uyğun bölgədən çıxarılmalıdır;

Prezident bu informasiya mesajından bir gün sonra imzaladığı fərmanla “Azərbaycan sərhədləri daxilində qanunsuz hərbi birləşmələrə icazə verilməyəcək” mesajını verdi;

Nələr gözlənilir?

1. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndinin – erməni qoşunların çıxarılması – qısa zamanda icrasını və separatçı rejimin təmizlənməsini tələb edəcək;

2. Moskva və İrəvana alternativ variantın anti-terror əməliyyatı olduğunu başa salmaq üçün müəyyən addımlar atılacaq: kiçikçaplı əməliyyatlar mümkündür;

3. Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gələcək: məqsəd türk hərbçilərin sülh yaratma prosesində iştirakını artırmaqdır və buna zəmin yaradacaq proseslərin şahidi ola biləcəyik;

Yenisabah