Xankəndi yaxınlığında atışma səsləri eşidilibbackend

Xankəndi yaxınlığında atışma səsləri eşidilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilib.

NOCOMMENT xəbər verir ki, atıcı silahlardan qısa fasilələrlə tək-tək atışma səsləri bir müddət davam edib. Sonuncu atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib.

Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir.

Xatırladaq ki, dünən də Xankəndidə atışma səsləri eşidilmişdi. Belə ki, şəhərin bir neçə sakini sərxoş vəziyyətdə havaya atəş açmışdı. Həmin şəxslər saxlanılıblar.