Xankəndi yolunda aksiya 12 saatdır davam edirbackend

Xankəndi yolunda aksiya 12 saatdır davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarından başlayaraq Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.

NOCOMMENT.az xəbər verir ki, aksiyaçılar problem həll olunana qədər qədər burada qalacaqlarını bildiriblər.

Etirazçılar sülhməramlı kontingentin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.