Xankəndidə “Araz” supermarket fəaliyyətə başladı – FOTObackend

Xankəndidə “Araz” supermarket fəaliyyətə başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Araz Supermarketlər” şəbəkəsinin növbəti filialı Xankəndi şəhərində açılıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

İşğaldan azad olunan doğma torpaqlarımıza qayıdışın ardından həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa işləri aparılır.

“Araz” supermarketlər şəbəkəsi də işğaldan azad olunan ərazilərdə yaşayan əhalini keyfiyyətli məhsullarla fasiləsiz təmin etmək məqsədilə vətənimizin döyünən ürəyi – Qarabağda əhatə dairəsini genişləndirməyə davam edir. Şəbəkəyə məxsus növbəti mağaza işğaldan azad olunan Xankəndi şəhərində fəaliyyətə başlayıb. Mağazada yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim olunur.

Qeyd edək ki, ötən ayda Supermarketlər şəbəkəsinin növbəti filialı Laçın şəhərində fəaliyyətə başlayıb.