Xankəndidə bayrağımızın təhqir edilməsi ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏTbackend

Xankəndidə bayrağımızın təhqir edilməsi ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.

Bu barədə NOCOMMENT.az-a Ombudsman Aparatından bildirilib.

“Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimizdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib”, – məlumatda qeyd olunub.