Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri – VİDEObackend

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki,bununla bağlı kadrlar AzTV-nin efirində yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.

Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək, onu dünyaya öz brendləri kimi təqdim ediblər.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.