Xankəndidə gərginlik: Vardanyan Balasanyanı VURDUbackend

Xankəndidə gərginlik: Vardanyan Balasanyanı VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü Qarabağ separatçılarının dövlət naziri elan etmiş milyarder Ruben Vardanyanla separatçıların Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir.

NOCOMMENT-in modern-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar.

Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.

“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, – deyə “Hraparak” qeyd edib.

Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə Təhlükəsizlik Şurasının katibi postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb: Qarabağ separatçılarının müdafiə qüvvələrinin keçmiş komandanı Levon Mnatsakanyan.

“Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazırda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir.

O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Araik Arutyunyanın da vurulma prosesi gedir. Bu səbəbdən Araikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb.

“Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, – deyə “Hraparak” milyarderin Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.