Xankəndidə nə baş verir? – Etiraz aksiyası, çörək qıtlığı…backend

Xankəndidə nə baş verir? – Etiraz aksiyası, çörək qıtlığı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində, xüsusilə də Xankəndidə ərzaq məhsulları və ələlxüsus da çörək qıtlığı hiss olunur.

NOCOMMENT.az xəbər verir ki, Xankəndidəki “Dirçəliş” Meydanında yerli ermənilər etiraz aksiyası keçiriblər. Onların əksəriyyəti Ağoğlan (Hadrut) rayonundan olan şəxslər idi.

Ermənilər yaşamaq üçün normal sosial şəraitin yaradılmasını tələb ediblər.

Onlar deyirlər ki, ya normal yaşamaq üçün şərait yaradılsın, ya da geriyə, indi Azərbaycanın nəzarətindəki ərazilərə qayıdış üçün imkan verilsin.

Xankəndidəki “parlament”in “deputat”ı Metakse Akopyanın dediyinə görə, ötən ay da analoji aksiya olmuşdu.

Ağoğlandan olan ermənilər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandanı, general-leytenant Rüstəm Muradova kollektiv məktub ünvanlayıblar.

“Biz o rayonun sakinləriyik və evlərimizə qayıtmaq üçün şərait yaradılmalıdır. Dedilər ki, məsələ müzakirə olunur. Amma hələ də cavab yoxdur. Sosial vəziyyət çox ağırdır, dalana dirənir. Heç bilmirəm bu dalandan necə çıxacağıq”, – M.Akopyan söyləyib.

Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə ermənilərin normal yaşayış şəraitləri yoxdur. Hazırda Xankəndidə kirayə ev və ya mənzillərin minimal aylıq qiyməti 150 min erməni dramı, yəni 285 ABŞ dollarıdır. Evsiz-eşiksiz qalmış ermənilərə isə ayda cəmi 60 min dram məbləğində yardım verilir.

Havalar soyuqdur və evlərin qızdırılması ilə bağlı ciddi çətinliklər var.

Üstəlik, çörək qıtlığı da var.

Hər qarabağlı erməniyə ayda 68 min dram veriləcəyi deyilir. Lakin bu pulların yalnız mart ayının sonlarında ödəniləcəyi bəyan edilib. Ermənilər bu vədə də inanmırlar.

Hazırda Xankəndidə 20 min erməni evsiz-eşiksizdir. Onların yaxın müddətdə yaşayış yerləri ilə təmin ediləcəkləri illüziyadır. /Milli.az