Xankəndidə olan kuklalar da bu memorandumu imzalamalıdırlarbackend

Xankəndidə olan kuklalar da bu memorandumu imzalamalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Prezidentin köməkçisi Hikmət Hacıyevin sülhməramlı qüvvələrin mandatı ilə bağlı verdiyi müsahibəni şərh edib.

NOCOMMENT xəbər verir ki, sabiq nazir feysbuk səhifəsində bununla bağlı mülazilərini bölüşüb.

Tiofiq Zülfüqarov yazıb: “Birincisi, başa düşmək lazımdır ki, dövlət xidmətində olan bir məmur rəsmi mövqe ifadə edir və təbii ki, hazırlıqsız auditoriya üçün maarifçi xarakterli təfərrüatlı məlumat verə bilməz.

Bu bəyanat qısa idi və əsasən iki məqamla bağlı mövqeyimizi əks etdirdi:

– Azərbaycan 10 Noyabr Bəyannaməsində təsbit edilmiş razılaşmalar əsasında fəaliyyət göstərən sülhməramlı qüvvələr kontingentinin fəaliyyətinin hüquqi əsaslarının konkretləşdirilməsi istiqamətində işlərin davam etdirilməsini vacib hesab edir;

– Müzakirələr zamanı yanaşmalarda fərqli olan bir sıra problemlər müəyyən edilib…

İndi bu nə deməkdir? Beynəlxalq təcrübə göstərir ki, bu məsələdə 3 variantın mümkünlüyünü nəzərdə tutur:

1. BMT Nizamnaməsinə uyğun olaraq, sülhməramlı əməliyyat BMT strukturları tərəfindən təşkil edilir və həyata keçirilir;

2. Sülhməramlı əməliyyat BMT-yə üzv dövlət və ya bir sıra dövlətlər tərəfindən qəbul edən ölkənin razılığı və razılaşdırılmış mandat əsasında həyata keçirilir. Bu halda, BMT ya BMT Təhlükəsizlik Şurası sədrinin xüsusi Bəyanatı ilə, ya da BMT Təhlükəsizlik Şurasının xüsusi Qətnaməsi ilə razılaşdırılmış Mandatı təsdiq edir.

3. Bir dövlət və ya bir sıra dövlətlər, ev sahibi dövlətlə razılaşaraq, sülhməramlı əməliyyat keçirirlər. Eyni zamanda, razılaşdıqlarda olan vəzifələri və hüquqları vəzifə mandat olaraq qəbul edə bilərlər.

Bizdə 3-cü bənddə göstərilən faktiki bir vəziyyət mövcuddur. Bu, yaxşıdır, yoxsa pisdir?

Pisdir, çünki tərəflərin həllini fərqli gördükləri problemlər yaranır və nəzərdə tutulan hərəkətləri aydınlaşdırmaq üçün tez -tez danışıqlar aparmalı olur…

Yaxşıdır, çünki danışıqlar aparan tərəflərin dairəsi 3 dövlətlə məhdudlaşır – Azərbaycan, Türkiyə və Rusiya.

Aydındır ki, mandat razılaşdırılaraq təsdiq üçün BMT-yə təqdim olunarsa, ən azı Fransa və ABŞ bu missiyada iştiraklarını tələb edəcək.

Beynəlxalq qaydalara əsasən, Mandatın qüvvəyə minməsi üçün ev sahibi tərəfin razılığını təsdiq edən sənəd kimi Anlaşma Memorandumunun imzalanması tələb olunacaq. Diqqət yetirin ki, söhbət ölkədən yox, tərəfdən gedir… Yəni Xankəndidən olan kuklalar da bu memorandumu imzalamalıdır.

Qeyd olunanlara əsaslanaraq, Mandatın yoxluğu, ümumiyyətlə, taktiki maraqlarımıza cavab verən məsələdir. Həm Türkiyə, həm də Rusiyanın Qərbi prosesdən uzaqda tutmaq niyyətində olduğunu nəzərə alsaq, Mandatın razılaşdırılmasını gözləməyə ehtiyac qalmır”.