Xankəndidə “polis qoşunu” yaradılır: Bakının tələbi qarşısında yeni oyunbackend

Xankəndidə “polis qoşunu” yaradılır: Bakının tələbi qarşısında yeni oyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda separatçı-terrorçu rejim “geniş funksiyalı polis qoşunları” yaradır: separatçı “qoşun”un vəzifəsinə qondarma rejimin “müdafiəsi” də daxildir;

Bu addımın iki mümkün səbəbi var:

Birincisi, erməni qoşunların bölgədən çıxarılmasından sonrakı dövrə hazırlıqdır: 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapan bu məsələnin sərhədin delimitasiya və demarkasiyası prosesində icrası qaçılmaz olacaq, çünki Bakı və İrəvan delimitasiya müqaviləsi imzalayacaqsa, erməni qoşunlar Azərbaycan sərhədlərinin daxilində qalmamalıdır;

İkincisi, separatçıların “müdafiə ordusu” adlandırdığı silahlı dəstələri ləğv edilir: erməni mənbələr zaman-zaman separatçı “ordunun” ləğv ediləcəyi haqda məlumatlar yayır; qondarma “polis qoşunları”nın “müdafiə” işini yerinə yetirməsi, separatçıların “xüsusi polis qüvvələrinin yaradılması müharibədən sonra yaranmış vəziyyətlə bağlıdır” sözləri də bu ehtimalı gücləndirir;

Separatçı-terrorçu rejim qondarma “ordu”nun funksiyasını qondarma “polis qüvvələrinə” verməklə anti-terror əməliyyatı təhlükəsini neytrallaşdırmaq istəyə bilər, çünki Bakı “erməni silahlı dəstələr tərkisilah edilməlidir” tələbini irəli sürür və terrorçu rejim bu tələb qarşısında kosmetik dəyişikliklə manevr edir.

Bu, separatçıların Qarabağdan təmizlənməsi olmasa da, silahlı dəstələrinin kiçilməsi ilə nəticələnə bilər.

Asif