Xankəndidə proses başlayacaq – Aqil Abbasbackend

Xankəndidə proses başlayacaq – Aqil Abbas

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnanmıram Ermənistan təzminat əvəzində Azərbaycana torpaq versin. Amma biz Ermənistandan təzminat almalıyıq. Bəlkə, beş ilə, ya on ilə alarıq, bu, ayrı məsələdir. Lakin Ermənistanın bizə torpaq verməsi inandırıcı görünmür. Deyək ki, belə bir şey mümkün oldu, təbii ki, biz Qərbi Zəngəzuru, Naxçıvan yolunu tələb edə bilərik. Ermənistan vaxtı uzatmaq üçün oyun oynayır. Heç vaxt təzminat əvəzi bizə ərazi verməyəcək. Biz də beynəlxalq qanunlarla Ermənistanın ərazi bütövlüyünü tanıyırıq. Möhtərəm Prezidentimiz İlham Əliyev bunu dəfələrlə deyib ki, “bizim başqalarının torpağında gözümüz yoxdur, ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas deyib.

“Etiraz səsi kimi Xankəndidə proses başlayacaq. Ermənistanın bizə vurduğu ziyan 100 milyardlarla dollar edir. Onlar bu pulu ödəməyə məcburdurlar. Ermənistanın büdcəsi buna hesablanmayıb, bu məbləği verə bilməz. Biz bunu uzun müddətə ala bilərik. Amma bu da bir az nağıldır. Çünki dünya dövlətləri Ermənistanın arxasında durublar. ABŞ-ı, Fransası və başqa ölkələri… Bunu qəbul etdirmək uzun bir prosesdir. Hər halda buna çalışmalıyıq. Deputat Zahid Oruc, yəqin ki, öz istəyini deyib. Zahid Orucun fikri “Pul verə bilmirsən, torpaq ver” söhbətinə hesablanıb. Amma heç kim pula görə torpaq verməyəcək”, – A.Abbas bildirib.
Pravda.az