Erməni apostol kilsəsinin Qarabağdakı qeyri-qanuni yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abramyan Xankəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qanunsuz və qondarma “Dağlıq Qarabağın rus icması”nın rəhbəri Aleksandr Bordov ilə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.
Görüşün əsas mövzusu “Azərbaycanın Laçın dəhlizini bağlaması”, “10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının növbəti dəfə kobud şəkildə pozulması”, eləcə də mövcud humanitar vəziyyət” olub.
Zəruri xatırlatma:
Qondarma “Qarabağ rus icması” 44 günlük Vətən savaşında Azərbaycanın hərbi qələbəsindən sonra peyda olub.
2021-ci ilin iyununda Aleksandr Bordov Azərbaycan torpaqlarındakı saxta “rus icması”nın rəhbəri təyin edilib. Caliber.az-ın araşdırmasına görə, əslində A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nın (“FSB”) akademiyasını bitirib…
A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas” ssenarisinin müəllifidir.
Nəzərinizə çatdıraq ki, Ukrayna ərazilərinin 2014-cü ildən bu günədək baş verən işğalı, Ukrayna xalqının, eləcə də orada yaşayan rusların amansız qətliamı məhz həmin ərazilərdəki “rus dünyası” layihəsinin acı bəhrəsidir…