Xankəndidə separatçı qüvvələrə zabit hazırlayan yeganə hərbi məktəb BAĞLANDIbackend

Xankəndidə separatçı qüvvələrə zabit hazırlayan yeganə hərbi məktəb BAĞLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun 44 günlük müharibədə inamlı qələbəsindən sonra Qarabağda yerləşdirilmiş işğalçı ordu tamamilə darmadağın edildi.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Xankəndidə yerləşən və separatçı qüvvələr üçün zabir hazırlayan yeganə hərbi təmayüllü lisey bağlanıb.

Xristofor İvanyanın adını daşıyan hərbi məktəb Rusiyadakı Suvorov adına hərbi məktəblərin analoqu idi. Hərbçi olmaq istəyən yeniyetmələr bu liseydə 11-ci sinfə qədər oxuduqdan sonra Ermənistan və Rusiyanın ali hərbi məktəblərinə daxil olurdu.

2020-ci ilin sentybarında liseydə 78 nəfər təhsil alırdı. Xristofor İvanyan adına lisey 2001-ci ilfdə yaradılıb. Lidey uzun illər Qarabağdakı separatçı rejimin qanunsuz hərbi birləşmələri üçün zabir heyəti formalaşdırmaq üçün əsas mərjkəz rolunu oynayıb.

Sülhməramlıların nəzarət etdiyi ərazidə yeganə hərbi təmayüllü təhsil müəssisəsinin bağlanması bölgədə qanunsuz hərbi birləşmələrin sayının kəskin azaldılması və yaxın gələcəkdə ləğvinə hazırlıq prosesindən xəbər verir.