Xankəndidə su məhdudiyyəti – Maşın yumaq qadağan edildibackend

Xankəndidə su məhdudiyyəti – Maşın yumaq qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər su problemi ilə üz-üzə qalıb. Özünü Xankəndinin “meri” adlandıran separatçı David Sarkisyan içməli su çatışmazlığının mövcud olması ilə əlaqədar bəzi məhdudiyyətlərə gedildiyini bildirib.

NOCOMMENT.az erməni mediasına istinadən bildirir ki, Sarkisyan şəhərdəki bütün avtomobil yuma məntəqələrinə və istirahət zonalarına suyun verilməsinin dayandırıldığını açıqlayıb.

Xankəndi separatçısı bu qadağanın şəhərdə içməli su ilə bağlı problemlərin aradan qaldırılacağı günədək qüvvədə qalacağını bildirib. /Musavat.com