29 iyun-5 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 78 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 22 qumbara, 2 mina, 32 alışdırıcı, 90 partlayıcı, 58 mərmi, 81 rabitə vasitəsi, 116 süngü-bıçaq, 16 binokl, 29 gecəgörmə cihazı, 1532 patron darağı, 6101 ədəd müxtəlif çaplı patron, 10 kiloqram barıt və digər sursatlar aşkar edilərək götürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.