Xankəndinə dəmir yolu xətti çəkiləcək – VİDEObackend

Xankəndinə dəmir yolu xətti çəkiləcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səbirsizliklə gözlədiyimiz günləri yaşayırıq. Rəşadətli ordumuz ədaləti bərqərar edib. Əminik ki, yaxın gələcəkdə Yevlax-Xankəndi dəmir yolunun işğal altında qalan hissəsi də azad ediləcək və biz sərnişinlərimizi Ağdama, Əsgərana, Xocalıya çatdıra biləcəyik.”

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “YouTube” kanalında video paylaşılıb.

Azərbaycan Dəmir Yolları Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasının layihəsi təqdim olunur. 

Uzunluğu 104 km olacaq yeni xəttin Yevlax (final) – Bərdə – Köçərli – Təzəkənd – Ağdam – Əsgəran – Xocalı – Xankəndi (final) stansiyalarından ibarət olacağı ehtimal olunur.