Xankəndini tərk edən ermənilərin sayı AÇIQLANDIbackend

Xankəndini tərk edən ermənilərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni əhalisi Azərbaycanın işğal altındakı ərazilərini, o cümlədən Xankəndini tərk edir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, işğal altındakı baş şəhərin vitse-meri Suren Tamrazyan Xankəndi sakinlərinin 50%-dən çoxunun Ermənistana qaçdığını etiraf edib.

“Şəhərdə qalmaq təhlükəsiz olmadığı üçün onların çoxu Ermənistana üz tutub”.

Tamrazyanın sözlərinə görə, qadınlar, uşaqlar və yaşlılar kütləvi şəkildə Xankəndi-Gorus yolu ilə bölgəni tərk edir. Döyüşlərə qədər, 50 min sakini olan şəhərdə hazırda 25 min sakin və hərbçi qalıb.