Xankəndiyə gətirilən 96 erməni yolda qaldıbackend

Xankəndiyə gətirilən 96 erməni yolda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlılarının nəzarəti altında Xankəndiyə gətirilən ermənilər yolda qalıb.

NOCOMMENT.az xəbər verir ki, iki avtobusla gətirilən 96 erməni əlverişsiz hava şəraiti səbəbindən Sünikdə (Zəngəzurda, Laçın yaxınlığı) saxlanılıb.

Səlahiyyətli şəxslər qısa müddətdə avtobusların Xankəndiyə doğru hərəkət edəcəyini bildirib.

Qeyd edək ki, rus sülhməramlıları erməniləri Xankəndiyə gətirməyə davam edir. İndiyədək 51.635 erməni Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının nəzarəti altında olan hissəyə yerləşdirilib.
Sfera.az