Xankəndiyə ilk qatar nə vaxt gedəcək? – RƏSMİbackend

Xankəndiyə ilk qatar nə vaxt gedəcək? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Bəs Xankəndiyə qatarla gediş-gəliş nə vaxtdan mümkün olacaq?

NOCOMMENT.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ilin sonunadək Ağdam-Xankəndi dəmiryol xəttinin və Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi işlərinin başa çatdırılması nəzərdə tutulur.

O qeyd edib ki, digər regionlarda da qatarların fəaliyyəti ilə bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək.