Xanlar Vəliyevdən hərbi cinayətlərlə bağlı AÇIQLAMAbackend

Xanlar Vəliyevdən hərbi cinayətlərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il qeydə alınan hərbi cinayətlərin sayı açıqlanıb.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

“2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz və özünü öldürmə hadisələri 12,5 faiz azalıb”, – deyə o qeyd edib.

X.Vəliyev əlavə edib ki, 2022-ci ilin birinci rübündə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayəti, qulluğa səhlənkar yanaşma cinayəti ümumiyyətlə qeydə alınmayıb:

“Baş vermiş özünü öldürmə hadisələri isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb”.