Xarıbülbül festivalında qonaqların hotel və yemək xərci məlum olubbackend

Xarıbülbül festivalında qonaqların hotel və yemək xərci məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12-14 may tarixlərində Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalında qonaqların mehmanxanada yerləşdirilməsi və qidalanması xərcləri üçün 378 min 662 manat xərclənib.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, Mədəniyyət Nazirliyi bu vəsaiti “Shusha Hospitality Group” MMC-yə (VÖEN – 2007114281) ayırıb.

Məlumat üçün bildirək ki, “Shusha Hospitality Group” MMC 9 ay əvvəl – 02.12.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abbasov Nurlan Tofiq oğludur. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Xəqani Rüstəmov, ev 8, m. 115-də yerləşir.

Bundan başqa “Xarıbülbül” festivalının təşkili üçün zəruri olan səhnə və səs avadanlıqlarının icarəsi üçün “Credo Event Group Technical Services” MMC-yə 545 min 106 manat 90 qəpik ödənilib.