Xaricdən 3,4 manata alınan şabalıd bizə 10 manatdan baha satılırbackend

Xaricdən 3,4 manata alınan şabalıd bizə 10 manatdan baha satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 741,85 ton qabıqlı şabalıd idxal olunub. 

NOCOMMENT.az statistik mənbələrə istinadən xəbər verir ki, şabalıd idxalı 1702,37 min ABŞ dolları təşkil edib.

Məlumata görə idxalın həyata keçirildiyi ölkələr Çin və Gürcüstan olub.

Belə ki, Çindən Azərbaycana 722,98 ton şabalıd idxal olunub. Bu idxalın həyata keçirilməsi üçün 1664,63 min ABŞ dolları xərclənib. Rəqəmlər onu deməyə əsas verir ki, bu ölkədən bir kiloqram qabıqlı şabalıd 2,4 dollara və ya 3 manat 91 qəpiyə alınıb.

Gürcüstandan isə 37,74 min ABŞ dolları dəyərində 18,87 ton qabıqlı şabalıd idxal olunub. Bu ölkədən gətirilən 1 kiloqram  qabıqlı şabalıdın qiyməti 2 dollar və ya 3 manat 40 qəpik olub.

Azərbaycan bazarında isə qabıqlı şabalıd növünə görə müxtəlif satış məntəqələrində fərqli qiymətlərlə təklif olunur. Məhsulun kiloqramı 12-15 manat aralığında təklif olunur.\\Valyuta.az