Xaricdən avtomobil aldı, amma kilometrajını görəndə aldadıldığı qənaətinə gəldi…
NOCOMMENT.az xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən şikayətçi iddia edir ki, Koreyadan ona yürüşü 42 min olan avtomobil adıyla 142 min kilometr getmiş avtomobil gətirilib. Avtomobili təhvil alan vaxt bunu gömrükdə texniki sənədi yoxlanılan zaman bilib.
Yusif Novruzov ilkin olaraq şirkətə 1000 dollar beh verib, maşın alınanda isə pulun geri qalan hissəsini ödəyib.
Maşın Bakıya çatdıqda Yusif Novzurova məlumat veriblər ki, gedib maşını götürsün. Şikayətçi deyir ki, elə ilk dəfə maşını görəndə şübhələnib. Avtomobilin texniki pasportu isə gömrükdə olanda ona göndərilib.
Hər şey də bundan sonra bəlli olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.