Bir qrup vətəndaş xarici ölkələrdən (xüsusilə Çindən) Azərbaycana avtomobillərin gətirilməsi ilə məşğul olan Sənan Əsədzadə adlı şəxslə bağlı polisə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, vətəndaşların şikayəti əsasən sifariş edilmiş və qiyməti ödənilmiş avtomobillərin uzun müddətdir ölkəyə gəlib çıxmaması ilə bağlıdır.