Xaricə qaz satışımızda 12% artım olubbackend

Xaricə qaz satışımızda 12% artım olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd.m3 təşkil edən qaz hasilatının 3,5 mlrd.m3-i AÇG-dən, 4,7 mlrd.m3-i isə “Şahdəniz”dən əldə edilib.

Energetika Nazirliyindən NOCOMMENT.az-a verilən məlumatda bildirilir ki, SOCAR üzrə bu dövrdə 1,8 mlrd.m3 qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd.m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.

I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub.

İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.