“Xarici agent”lərin mahnısını oxuyan müğənni saxlanıldı – Sankt-Peterburqdabackend

“Xarici agent”lərin mahnısını oxuyan müğənni saxlanıldı – Sankt-Peterburqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində Naoko kimi tanınan küçə müğənnisi Diana Loginova saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi bu barədə “Rotonda” qəzetinə məlumatı təsdiqləyib.

Məlumata görə, müğənni 78-ci polis bölməsinə aparılıb, amma təfərrüatlar hələlik məlum deyil.

Loginovanın vokalisti olduğu “Stoptime” küçə qrupu Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi elan edilən və müharibəyə qarşı çıxan sənətçilərin mahnılarını ifa edir. Reper NoiceMC-nin “Qu Gölü Kooperativi” ifasının videosu internetdə yayıldıqdan sonra populyarlaşıb. Bu mahnı barədə yazan xarici KİV-lər isə qeyd ediblər ki, onlarla gənc müharibə və Putin əleyhinə kompozisiyanı oxumaq üçün artistlərə qoşulur.

Məlum olub ki, küçə qrupunun ifasından “Regnum” agentliyinin baş redaktoru, müharibə tərəfdarı olan bloger Marina Əhmədova və digər müharibə tərəfdarları şikayətləniblər.

Avqust ayında “Stoptime” musiqiçiləri çıxışdan sonra saxlanılıb və onlar repertuarlarını dəyişməyəcəklərinə söz veriblər. Onlar asayiş rejimini pozduqlarına görə cərimələndikdən sonra sərbəst buraxılıblar.

Oktyabrın 12-də isə musiqiçilər Sankt-Peterburqun mərkəzində Rusiyada “xarici agent” kimi tanınan “Monetoçka” qrupunun, eləcə də bir sıra mahnıları Rusiyada ekstremist hesab edilən “Pornofilm” qrupunun mahnılarını ifa ediblər.

Xatirə SADİQ