Xarici işlər naziri Tayani: İtaliya Ukraynaya bir dənə də əsgər göndərməyəcəkbackend

Xarici işlər naziri Tayani: İtaliya Ukraynaya bir dənə də əsgər göndərməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani G7 xarici işlər nazirlərinin iclasında Ukraynaya hərbi personalın göndərilməsi ilə bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O, İtaliyanın Ukraynaya hərbçilərin göndərilməsi planının olmadığına dair ölkənin mövqeyini təsdiqləyib. “Biz Ukraynada döyüşmək üçün bir dənə də əsgər göndərməyəcəyik, Kiyevə siyasi, maddi və hərbi yardım göndərməklə kömək edəcəyik, lakin əsgərləri döyüşə göndərməyəcəyik”, – deyə Tayani bildirib.

O, həmçinin münaqişənin gərginləşməsinin qarşısının alınmasının vacibliyini bildirib.