Yerdəki vəziyyəti, eləcə də Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını nəzərə alaraq danışıqlarda nəticə əldə etdikdən sonra Rusiya hərbi əməliyyatları dayandıracaq.
NOCOMMENT.az xəbər verir ki, döyüşlərin dayandırılması üçün şərtləri brifinq zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz hərbi əməliyyatları yalnız o zaman dayandıracağıq ki, danışıqlar Rusiya Federasiyasını qane edən möhkəm, davamlı nəticə əldə etsin. “Əlbəttə, yerlərdəki reallıqlar nəzərə alınmalıdır”, – diplomat bildirib.
O əlavə edib ki, döyüşləri dayandırmaq üçün digər qəti şərt Ukraynanın NATO-ya üzv olmaqdan birbaşa imtina etməsidir.
Brifinq zamanı Lavrov Rusiya üçün qəbuledilməz olan münaqişənin sona çatması ssenarisini də şərh edib. Onun sözlərinə görə, Moskva döyüş təmas xətti boyunca hərbi əməliyyatların dayandırılması və gələcək addımların nəzərdən keçirilməsi ilə kifayətlənməyəcək.