İran silahlı qüvvələri İsrailin mümkün hərəkətlərinə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“Silahlı qüvvələrimiz İsrail rejiminin mümkün hərəkətlərinə hazırdır. Rejim və onu dəstəkləyənlər tərəfindən hər hansı yeni addımlar atılarsa, onlar İranın daha sərt cavabı ilə üzləşəcəklər”, – deyə o, Tasnim agentliyindən sitat gətirib.
Bundan əvvəl “The New York Times” qəzeti İsrail və ya ABŞ-ın cavab verəcəyi təqdirdə İranın yüzlərlə raketi hazır vəziyyətdə saxladığını yazmışdı.