Xarici İşlər Nazirliyi Moldovanın Qərb sanksiyalarına qoşulmasına cavab verəcəyini vəd edibbackend

XİN Moldovanın Qərb sanksiyalarına qoşulmasına cavab verəcəyini vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Moldovanın Avropa İttifaqı ölkələrinin anti-Rusiya sanksiyalarına qoşulma qərarını cavabsız qoymayacaq. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Moldova tərəfinin qərarı cavabsız qalmayacaq. Görülmüş tədbirlər barədə əlavə məlumat veriləcək”, – deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Zaxarova hesab edir ki, Moldova hakimiyyəti “Kişinyovun günahı ucbatından artıq çox acınacaqlı vəziyyətdə olan” Rusiya Federasiyası ilə ikitərəfli münasibətləri tamamilə məhv etməyi hədəfləyir.