Şimali Atlantika Alyansı artıq Rusiyaya qarşı hərbi əməliyyat variantları üzərində işləyir.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, təşkilat faktiki olaraq Rusiya ilə potensial toqquşmaya hazırlığını gizlətməyi dayandırıb – alyans artıq regional müdafiə planlarını təsdiqləyib və blokun bütün hərbi komandanlıqları üçün konkret tapşırıqlar formalaşdırıb.
“Rusiyaya qarşı hərbi əməliyyatların mümkün variantlarının daim inkişafı var”, – Qruşko bildirib.
Diplomat izah edib ki, NATO qoşunların və silahların Atlantik okeanı üzərindən silah anbarlarının yerləşdiyi “şərq cinahına” ötürülməsi üçün marşrutları sınaqdan keçirir və eyni zamanda hərbi kontingentlər yerləşdirilir.