NOCOMMENT.az xəbər verir ki, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Ukrayna hakimiyyətinin Qərbin maraqları naminə “son ukraynalıya qədər” mübarizəni davam etdirməyə hazır olduğunu açıqlayıb. Bu barədə RİA Novosti məlumat verib.
Departamentin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında böyük itkilər Kiyevi “qocaları” cəbhəyə göndərməyə məcbur edir.
“Ukrayna Silahlı Qüvvələri artıq 40 yaşdan yuxarı döyüşçülərdən yeni birləşmələr yaradır və 50 yaşdan yuxarı kişiləri səfərbər etməyə başlayıb”, – kəşfiyyat xidməti xatırladıb.
Qeyd olunub ki, Ali Radada qanun layihəsi qeydə alınıb, ona əsasən sıravi heyət üçün hərbi xidmətə çağırış yaşının 60-dan 65-ə, komandirlər üçün isə 65-dən 70-ə qaldırılacaq.