Xarici ölkələr Gürcüstanda təxribatları maliyyələşdirirbackend

Xarici ölkələr Gürcüstanda təxribatları maliyyələşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici ölkələr Gürcüstanda “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyalarında təxribatları maliyyələşdirir. Məkrli planlara xaricdəki Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən və gəlib polisə qarşı zorakılıqda iştirak etməyə hazır olan bəzi şəxslər cəlb edilib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd edilib. Bildirilib ki, aksiyaların təşkilatçıları xüsusi təyinatlılar və polisə hücum etməyi, gənclərə tez alışan maddələr, daş və dəmir dəyənək gətirməyi tapşırırlar.

Planın bir hissəsi olaraq aksiyaların təşkilatçıları Tbilisi nəqliyyat qovşaqlarının iflic vəziyyətinə düşməsini, dövlət qurumlarının və strateji obyektlərin bağlanmasını nəzərdə tuturlar.