Xarici ölkələrdəki erməni muzdlular Dağlıq Qarabağa gəlib – “Reuters” Agentliyibackend

Xarici ölkələrdəki erməni muzdlular Dağlıq Qarabağa gəlib – “Reuters” Agentliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır.

NOCOMMENT.az “Reuters”-ə istinadən xəbər verir ki, ABŞArgentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.

Ermənistana təxminən 140 min ermənini yaşadığı Livandan gələnlər də az deyil. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Livan parlamentinin deputatı, “Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan bildirib ki, 20-dək erməni özü Ermənistana gedib, lakin onların döyüşüb-döyüşmədiyi hələ bilinmir.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib. (Report)