Xarici valyutada kredit alanlar hansı risklərlə üz-üzədir? – Mühüm açıqlamabackend

Xarici valyutada kredit alanlar hansı risklərlə üz-üzədir? – Mühüm açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xarici valyutada kreditləşmənin əsas riski valyuta məzənnəsi riskidir. Yəni manatın məzənnəsinin düşməsi (devalvasiya) kreditin ödənişini bahalaşdırır, bu da əsasən xarici valyutada gəliri olmayan şəxslər üçün böyük təhlükə yaradır. Lakin tələbat davam edir, çünki adətən xarici valyutada kreditlər daha aşağı faizlə təklif olunur, bu da müştəriləri cəlb edir. Baxmayaraq ki, 2015-ci ildəki devalvasiyalar bu riskləri açıq göstərib. Bəs Azərbaycanda xarici valyutada kreditləşmənin riskləri və davam edən tələbatın səbəbləri hansılardır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı Kənan Quluzadə bildirib ki, Azərbaycanda xarici valyutada, xüsusilə ABŞ dolları ilə kreditləşmə hələ də müəyyən səviyyədə davam edir:

“Halbuki, bu növ kreditlər ciddi risklər daşıyır. Əsas məsələ valyuta riski ilə bağlıdır. Yəni, borcalan gəlirlərini manatla əldə etdiyi halda, kredit ödənişlərini dollarla etməli olur. Dolların məzənnəsi qalxdıqda, borcalanın üzərinə düşən yük artır və kreditin faktiki dəyəri çoxalır. Bu da həm borcalanın ödəmə qabiliyyətinə, həm də ümumi maliyyə sabitliyinə mənfi təsir göstərir. 2015-ci ildə ölkədə baş verən iki böyük devalvasiya təcrübəsi bunu açıq şəkildə sübut etdi. Minlərlə insan xarici valyutada olan kreditlərini ödəməkdə çətinlik çəkdi, bir çox kreditlər problemli kreditlər siyahısına düşdü”, – deyə ekspert vurğulayıb.