Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladıbackend

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıblar və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bir ay əvvəl, yəni oktyabrın 4-dən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.