Xaricilərin Türkiyədə daşınmaz əmlaka tələbatı niyə azalıb?backend

Xaricilərin Türkiyədə daşınmaz əmlaka tələbatı niyə azalıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə daşınmaz əmlaka əcnəbilər arasında tələbatın azalması böyük ölçüdə ölkə hökumətinin siyasətinin nəticəsidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mayalanya Qrupunun direktorlar şurasının sədr müavini Mila Qrebenşçikova Gazeta.Ru-ya bildirib.

“Türkiyə bunun üçün “ucuz” ölkə imicindən qurtulmağı qarşısına məqsəd qoyub, bəzi dəyişikliklər edilir; birincisi, yaşayış icazəsi almaq üçün mənzilin kadastr dəyərinin həddi 75 min dollardan 200 min dollara qaldırılıb. Sonra qısamüddətli kirayələr üçün qaydalar mürəkkəbləşib, bu da bir çox yaşayış komplekslərinin sadəcə olaraq yeni meyarlara uyğun gəlməməsinə səbəb olub. Bundan əlavə, ərzaq, restoran və digər mal və xidmətlərin qiymətləri artıb”, – ekspert qeyd edib.

“Bütün bunlar ona gətirib çıxarır ki, Türkiyə 30-40 min avroya dəniz kənarında daça almaq asan olan ucuz ölkə imicini itirir”, – Qrebenşikova yekunlaşdırıb.

2024-cü ilin birinci rübündə əcnəbilərin Antalyada aldığı daşınmaz əmlakların sayı 2023-cü illə müqayisədə təxminən 1,5 dəfə azalıb. Səbəb təkcə mənzillərin deyil, digər xərclərin də artmasıdır.